Noyabırn 8-də ABŞ-da “11 sentyabr” təkrarlana bilər
Noyabırn 8-də ABŞ-da “11 sentyabr” təkrarlana bilər
06 Noyabr 2016 / 10:26 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4
Bizimxeber

2001-ci il 11 sentyabr terror aktının törədən Əl-Qaidənin 8 noyabr prezident seçkiləri günü də ABŞ-a hücum edəcəyi gözlənilir.

Publika.az bildirir ki, Amerika mediasının kəşfiyyat mənbələrinə istinadən yaydığı xəbərə görə, Əl-Qaidə Nyu-York, Texas və Virciniya ştatlarında eyni anda hücumlar həyata keçirə bilər.
Nyu-Yorkun meri Bill de Blasio hücumla bağlı məlumatların dəquiqləşdirilməsinin aparıldığını açıqlayıb.
Hazırda hava limanlarında, körpülərdə və tunellərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, 11 sentyabr hadisəsindən sonra ABŞ Əfqanıstana hərbi müdaxilə etmişdi. Bu müdaxilədən sonra İraqa da müharibə elan edildi. Məhz həmin tarixdən sonra dünyada yeni dövr başlandı. Ekspertlərə görə, seçki günü hər-hansı terror aktının baş verməsi Amerikanın yeni müharibələr başlamasına səbəb ola bilər.
Noyabırn 8-də ABŞ-da “11 sentyabr” təkrarlana bilər.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə