Nigarla Seymurun nikahı niyə təxirə salındı? – Rəsmi açıqlama
Nigarla Seymurun nikahı niyə təxirə salındı? – Rəsmi açıqlama
01 Avqust 2016 / 15:30 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi, bu gün Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə məhbus Seymur Həzinin nikah mərasimi baş tutmalı idi. N. Yaqublu Ədliyyə Nazirliyinin onları evləndirməkdən imtina etməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb.

Onun sözlərinə görə, ASAN Xidmətin nikah məmuru Ədliyyə Nazirliyinin bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırması haqqında məlumat verib.

“Qafqazinfo” məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb.

O bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: “Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. ASAN Xidmətin nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə