Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adsız yazı…
  • 30 Avqust 2014 / 13:55 / Baxış sayı: 6846

Ədil Hüseynli

Məni bir dəfə aldadırlarsa, aldadana lənət !
Yox, mən ikinci dəfə aldanıramsa, onda mənə lənət!

Загрузка...

(Atalar sözü)

 

Rəhmətlik Mirzə Ələkbər Sabirin sözü olmasın, düzü-düz, əyrini-əyri yazmaq lazımdır ki, sabahkı nəsil bizləri qınamasın. Deməsinlər ki, siz yazarlar həmişə düzü əyri, əyrini düz yazmısız…

Lakin burada böyük bir əmma var. O ƏMMA ki, onun altında böyük məqsəd və məramlar yatır.

İndiki halda düzü-düz yazmaq üçün düz olmaq, düz olmaq üçün də düz məmləkətdə yaşamaq lazımdır. Yox əgər əyri məmləkətdə düz yazmaq fikrinə düşsən, o zaman taleyinlə barışmalısan. Ya hansısa məmurun əli zopalı adamlarının zopası başına dəyəcək, ya da ən yaxşı halda həbsxanaya istirahətə yollanacaqsan.

Əslində seçim azaddır, amma DEMOKRATİK deyil…   Seçim azad oldugu üçün də, sən azad və demokratik deyilsən. Çün arada məcburiyyət və qorxu var. Bu kimi məmləkətlər çoxdu. Fərq ondadır ki, o məmləkətlərdəki ressurslar sənin ölkənin imkanlarından qat-qat aşagıdır.  Odur ki, imkanları böyük olan ölkədə demokratiya qurmaq asandır.

Əslində Afrika və ya Banqladeşin niyə demokratik ölkə olmadığı ilə işim yoxdur.  Bizə öz ölkəmiz, Azərbaycan və onun demokratikləşməsi lazimdır və maraqlıdır.

AZƏRBAYCAN

Avropa əhli bu ölkəni demokratik məmləkət kimi tanımasada neft ölkəsi olaraq yüz faiz tanıyır. Məncə Afrikanın ən balaca qəsəbə və kəndində belə Azərbaycanı tanıtmaq üçün “petrol” demək yetər. Amma bu bizə demokratik dəyərlər vermir. Əslində hər kəs Azərbaycanı neftlə yox, demokratik şəraitin olduğunu isbatlamaqla tanıda bilər. Bunun üçün də, gərək  demokratik cəmiyyət qurula.

Hər kəs anlamalıdır ki, DEMOKRATİYA  toyuq ətinin qiymətinin qalxması və ya enməsi, yumurtanın 20 qəpik olması demək deyil.

DEMOKRATİYA keçədə kiminsə başına “PSM” markalı tapançadan açılan atəşlə öldürülməsi də deyil…

Demokratiya sadəcə siyası, iqtisadi, mədəni sosial şəraitdir…  Onu qurmaq beynəlxalq prosesslər məngənəsində sıxılan, amma “ölməyərək” məngənədən çıxmanı bacaranların işidir.

Demokratiya neft gəlirlərinin məmuralar arasında bölüşdürülməsi demək deyil.  

Demokratiya məmu balalarının azı 150-200  minlik avtomobildə gəzməsi, avtoşluq eləməsi deyil. 

Bəzi məmurlar talamaq və öz budcəsini böyütmək üçün DEMOKRATİYAnı belə kənara qoymağa hazır görünür. Məncə onlara demokratik cəmiyyət, dəqiq strateji xətt və bütöv Azərbaycan lazım deyil. Onlar elə başa düşürlər ki, DEMOKRATİYA yalnız ölkə başçısına lazımdır. Amma yox, demokratiya hər birimizə lazımdır.

Di salamat qalın…

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə