Hüquq müdafiəçiləri İlham Əliyevdən Rauf Mirqədirovun xahişini etdilər
Hüquq müdafiəçiləri İlham Əliyevdən Rauf Mirqədirovun xahişini etdilər
22 Aprel 2014 / 14:46 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4
Загрузка...

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Əvəz Həsənov dövlətə xəyanətdə ittiham edilərək həbs olunan “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla bağlı prezident İlham Əliyevə müraciət ediblər.

“Media forum”-un məlumatına görə, müraciətdə hüquq müdafiəçiləri uzun illərdir Azərbaycanda jurnalist fəaliyyəti və ictimai-siyasi fəaliyyətlə məşğul olan insanları yaxşı tanıdıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, Rauf Mirqədirovun indiyədək yazdığı məqalələr Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınmasına və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin çatdırılmasına xidmət edib.

Müraciət müəllifləri Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan bir jurnalistin dövlətə xəyanət maddəsi ilə ittiham edilməsinə təəssüfləndiklərini və Rauf Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildiriblər.

Hüquq müdafiəçiləri prezident İlham Əliyevdən Rauf Mirqədirova qarşı başlanan cinayət işini nəzarətə götürməsini və jurnalistin təhlil aparmaq potensialından Azərbaycan dövlətinin Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə edilməsinə yardımçı olmasını xahiş ediblər.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə