Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ANS, Tağı Əhmədov və yeraltının qara hərfləri
  • 28 Noyabr 2013 / 13:56 / Baxış sayı: 3432

Xeyli müddətdir köşə yazısı yazmıram. Daha doğrusu, yazmaq istəyirəm, amma nədən yazım, bax əngəl budur. Müxalifətdənmi, iqtidardanmı, uğurlardanmı, problemlərdənmi, kadr islahatlarındanmı, yoxsa yeni təyin olunan nazirlərin apardığı kadr islahatlarındanmı. Sözün düzü, hansından yazsam ortaya bir mövqe qoymalıyam. Lakin ortaya mövqe qoymaq da jurnalist adına düz gəlmir. Yazmamaq da olmur… Bizdə buna deyirlər qal girinc-girifdar…

Qısaca deyim ki, müxalifətdə heç nə baş vermir, iqtidar isə qətiyyətlə irəliləyir. Xarici və daxili siyasətimizdəki uğurlarımız göz qarşısındadır. Ölkəmizdəki sabitlik və bunun fonunda ortada olan problemlərin mərhələli həlli də bəlli. Ortada qalır kadr islahatları, bax bunu da müzakirə etmək məncə bizə düşməz. Bu günə kimi, ölkə başçısı İlham Əliyevin apardığı kadr islahatlarının uğurlu sonluqla nəticələnməsinin şahidi olmuşuq. Odur ki, müzakirə etmək doğru deyil.

Загрузка...

Qaldı yeni nazirlərimizin apardığı kadr islahatlarına, bu barədə də danışmaq çox tezdi. Dünyada qəbul olunan 100 gün qaydasını məncə pozmayaq.

Yaxşı bəs nədən yazım? Bəlkə, ANS-lə metropoliten rəisi Tağı Əhmədov arasında yaranan qalmaqaldan… Məncə biz jurnalistlərin indi müzakirəyə çıxarmalı ən vacib məsələsi elə budur, ANS – Tağı qalmaqalı…

Elə birinci Tağı müəlimdən başlayım. Cünki, o məmurdur, həm də ağsaçlı ağsaqalldır. Tağı cənablarının jurnalistlərlə qaba davranmasının dəfələrlə şahidi olmuşuq. Bu davranışları sayaraq, yenidən alova benzin tökmək istəmirəm.

Amma həmişə də Tağı müəllim cavabsız qalıb və bəlkə də düşünüb ki, jurnalistləri qurumdan kənarda saxlamağın ən optimal yolu elə budur. Bəlkə ona görə, bu daha asan və məqbul seçimdir. Bəlkə də başqa səbəblər var. Hər halda, belə davranış Azərbaycan kimi inkişaf edən ölkənin məmuruna yaraşan hal deyil.

Diqqət etsək görərik ki, müxalifət və müstəqil mətbuat bütün dövlət qurumlarında baş verən neqativ məqamları günbəgün işıqlandırır. Amma Tağı müəllimin yer altındakı “biznes”indən bir cümlə belə yazılmır. Niyə? Metropolitendə problemlərmi yoxdur? Yoxsa, yazıb Tağı müəllimin o kobud sözlərini eşitməkmi istəmirik? Yaxud, uzun illərdir yeraltı yolların şefi sayılan Tağı Əhmədov mətbuatı özünə düşmənmi bilir?

Bəlkə Tağı müəllim yer altında qəzet satışına qoyduğu qadağanın fonunda yazılan yazılardan əsəbləşərək hirsini ANS-in əməkdaşına töküb. Söhbət qəzet satışından gedirsə, o zaman pozan, qələm, ağ kağız, dəftər satanların nə günahı var idi? Onları niyə yeraltından məhrum etdilər? Yox e, Tağı müəllimin xətrinə bərkdən dəyiblər…

İnsafən demək lazımdır ki, Tağı Əhmədov bir neçə il əvvəl yer altındakı qəzet satanlara və yer altına qəzet göndərənlərə son sözünü demişdi – “Metro mənimdir, mən də qəzet satışına icazə vermirəm. Gedin kimə deyirsiz deyin. Vəssalam”. İndi rəisin bu sözündən sonra metroda qəzet satmaq və ya satmağa cəhd etmək nə qədər hörmətdir? Kişi sözünü demişdi də…

ANS də az aşın duzu deyil. Sual qalmır verir… Nəyinə lazımdı sənin ki, soruşasan metroda qiymət qalxacaq yoxsa yox. Lazım olan sualı vermək lazımdır ki, o da cavab verə bilsin. Tağı müəllimə sual vermək lazımdir ki, metrodakı MAY-FAY niyə işləmir? Avropa ölkələrindəki metrolarda az qalıb BAY-FAY qurulsun. Bəs bizim metrodakı MAY-FAY-a nə oldu?

Və yaxud qatarlararası interval nə zaman avrostandartlarına uyğunlaşacaq? Dünyanın hec bir ölkəsində sərnişin yarım saat qatar gözləmir… Bax Tağı müəllim demişkən – yerli sual vermək lazımdır. “Mestni” suala cavab vermək asandır. Yoxsa qiymətlərin qalxması Tağı müəllim üçün yerli sual deyil. Elə sualları Almaniyanın metropoliten rəsinə ünvanlamaq lazmdır.

Nə isə, hər halda ANS-Tağı Əhmədov qalmaqalının bir ortaq məxrəci tapılacaq. Qəzet məsələsində isə mən Tağı müəllimi dəstəkləyirəm. Qəzetlər, kitablar metro keçidlərində satılmasın. Çünki, Molped satılan məkanda qəzet, kitab olmasa yaxşıdı.

Yeri gəlmişkən, keçmiş Səhiyyə naziri Əli İnsanov da bir zaman ANS-in əməkdaşına köbud sözlər demişdi. İndi allah qapısın açsın, həbsxana həyatı yaşayır. Məncə ANS-lə, eləcə də jurnalistlərlə bir az səliqəli davranmaq lazımdı. Çünki onlar XƏBƏRÇİDİRLƏR, Tağı müəllim…

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə