“Regionda böyük bir fəlakət baş verə bilər”
“Regionda böyük bir fəlakət baş verə bilər”
15 Fevral 2013 / 1:20 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4
Загрузка...

“Xankəndi hava limanından hər hansı uçuş yerinə yetirilsə, regionda böyük fəlakət baş verə bilər”. Bunu fevralın 14-də “Media forum” saytına Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib.

Eldar Sabiroğlu bildirib ki, Ermənistan bu qeyri-qanuni cəhdindən əl çəkməlidir: “Əgər Ermənistan Hərbi Hava Qüvvələri sərhədi pozsa, Azərbaycan beynəlxalq təşkilatların bu məsələ ilə bağlı məlum qətnamələrini və ölkə qanunlarını əsas götürərək öz tədbirini görəcək”.

Ermənistan dövləti və Dağlıq Qarabağdakı separatçı qurum Xankəndi aeroportunu təmir etdirib. Azərbaycan dövləti isə bəyan edib ki, onun icazəsi olmadan Dağlıq Qarabağda hər hansı uçuş yerinə yetirilə bilməz. Rəsmi Bakı vurğulayıb ki, Ermənistan tərəfi hava sərhədini pozarsa, Azərbaycanın Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri müvafiq tədbirlər həyata keçirəcək.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə