Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN: Bakıda 26 yaşlı gənci güllələyən şəxs ruhi xəstədir – YENİLƏNİB
DİN: Bakıda 26 yaşlı gənci güllələyən şəxs ruhi xəstədir – YENİLƏNİB
20 May 2017 / 13:42 / Baxış sayı: 420
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 26 yaşlı gəncin güllələnməsi barədə məlumat yayıb.

Bizimxeber-ın xəbərinə görə, məlumatda bildirilir ki, mayın 19-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Elnur Dadaşov qol nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş, ruhi xəstə Ədalət Babayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.

***
Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna tapançadan atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir. Araşdırma aparılır.

***
Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb. Mayın 19-da axşam saatlarında 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna “Makarov” tapançasından atəş açılıb.

Güllə 26 yaşlı gəncin bədəninin sol tərəfindən dəyib, 5,45 kalibrli güllə onun daxili orqanlarını zədələyib. Elnur Dadaşov qohumları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.

Yaralının qohumları bildiriblər ki, Elnur Dadaşova naməlum avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Lakin onlar qanlı hadisənin motivi barədə məlumatsız olduqlarını bildiriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı səbəbdən və kim tərəfindən güllələndiyi dəqiqləşdirilir.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə