Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
20 May 2017 / 11:58 / Baxış sayı: 106
Font1 Font2 Font3 Font4

İrandan ölkəmizə narkotik vasitələr gətirilməsinin qarşısı alınıb. Bu barədə “Bizimxeber”ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

DGK GSHQMBİ Əməliyyat İdarəsinin əməkdaşları ilə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.
Əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı, Yardımlı rayon Zevin kənd sakini Ağayev Ayəz Güləhməd oğlu saxlanılmış və ondan satmaq istədiyi bir ədəd bağlamada xalis çəkisi 780 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə