Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həsən Ruhani yenidən prezident seçildi – YENİLƏNİB
Həsən Ruhani yenidən prezident seçildi – YENİLƏNİB
20 May 2017 / 10:23 / Baxış sayı: 174
Font1 Font2 Font3 Font4

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb. İlkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir. Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib. İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi  bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq. O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

***
07:07

İranda prezident seçkilərində Həsən Ruhani liderlik edir. Bu barədə Reuters agentliyinə məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, 37 milyon bülletenin hesablanmasına əsasən hazırkı prezident 21,6 milyon səs toplayıb. H.Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi 14 milyon səs toplaya bilib.

Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır –  hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. 

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə