Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİM abituriyentlərə müraciət edib
DİM  abituriyentlərə müraciət edib
19 May 2017 / 17:22 / Baxış sayı: 156
Font1 Font2 Font3 Font4

Martın 16-31-də elektron ərizələrini təsdiq edən, lakin aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilən “Azərbaycan dili” fənni imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən “Bizimxeber”ə verilən məlumata görə, həmin kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrini mayın 4-22-də təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyunun 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə