Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın stolüstü tennisçisi bürünc medal qazanıb – YENİLƏNİB
Azərbaycanın stolüstü tennisçisi bürünc medal qazanıb – YENİLƏNİB
19 May 2017 / 17:09 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Azərbaycanın stolüstü tennis yığması “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. 

“Report”un məlumatına görə, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub.

O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavariyə qalib gəlib – 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).

Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.

*** 12:54

Azərbaycanı “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinal görüşlərinə çıxıblar.

“Report”un məlumatına görə, Jinq Ninq iranlı Neda Şahsavari ilə üz-üzə gəlib. 22 dəqiqəlik qarşılaşmanın sonunda Ninq 4:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. O, 5 geymlik mübarizənin yalnız 3-cüsündə uduzub – 11:5, 12:10, 9:11, 11:4, 11:3.

Azərbaycan təmsilçisinin finaldakı rəqibi türkiyəli Melek Hu olacaq. Hu yarımfinalda Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanqı yenib – 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12).

Bu gün saat 16:00-da Vanq Şahsavari ilə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək. Saat 17:00-da isə Ninq Hu ilə finalda qarşılaşacaq.

Qeyd edək ki, bu, Azərbaycanın nüfuzlu yarışlarda ilk böyük nailiyyətidir.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə