Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daşkəsəndə evlərin dam örtüyü uçub, elektrik xətləri sıradan çıxıb
Daşkəsəndə  evlərin dam örtüyü uçub, elektrik xətləri sıradan çıxıb
19 May 2017 / 14:25 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Daşkəsən rayonunda güclü külək bəzi fəsadlar törədib.

“Report”un verdiyi məlumata görə, günorta saatlarında əsən külək nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb. Güclü külək bir neçə bina və fərdi evin dam örtüyünü uçurub, elektrik xətlərini sıradan çıxarıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti davam edir.

Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşır Qocayevin verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən şəhərə elektrik enerjisi verilişi dayandırılıb, bir yaşayış binasının dam örtüyü isə tamamilə dağılıb: “Kəndlərdəki vəziyyətlə bağlı isə hələlik məlumat yoxdur. Hazırda küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə