Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada erməni iş adamının telekanalı müflis oldu
Rusiyada erməni iş adamının telekanalı müflis oldu
19 May 2017 / 14:29 / Baxış sayı: 214
Font1 Font2 Font3 Font4

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Kommersant” qəzeti yazıb. 
Qəzet qeyd edib ki, “Life” telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.
“News Media”nın baş direktoru Aram Qabrelyanov “Kommersant”ın telefon zənglərinə cavab verməyib. Rusiya Xəbər Xidmətinə açıqlamasında isə o, Federal Vergi Xidmətinin iddiasını texniki adlandıb. Bildirib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş “Unifin” bankına köçürüb. Bundan başqa, “Life” telekanalının verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya televiziya və radio yayımı şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə isə 3,5 milyon rubl borcu var.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə