Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mirşahin qardaşının həbsindən danışdı
Mirşahin qardaşının həbsindən danışdı
19 May 2017 / 13:58 / Baxış sayı: 2170
Font1 Font2 Font3 Font4
Bir sıra Azərbaycan kütləvi informasiya vasitələri məşhur telejurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin həbsi barədə məlumat verib.
Yayılmış məlumata əsasən, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.
Mirşahin Ağayevin qardaşı ötən ilin noyabr ayında Qəzənfər Qəzənfərov adlı şəxsin şikayəti əsasında istintaqa cəlb olunub. Q.Qəzənfərov iddia edir ki, Mirəddin Ağayev dələduzluq yolu ilə 2000 manat pulu mənimsəyib. Fakt üzrə cinayət işi başlanıb və bir müddət sonra Mirəddin Ağayev Yardımlı rayonunda saxlanılıb.
Qardaşının həbsini şərh edən Mirşahin Ağayev sayrımıza müsahibəsində bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib: “Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur”.
M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil./virtualaz.org/
Bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə