Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putinin “agenti” Trampla gizli danışıqlar aparıb – ŞOK İDDİA
Putinin “agenti” Trampla gizli danışıqlar aparıb – ŞOK İDDİA
18 May 2017 / 15:12 / Baxış sayı: 84
Font1 Font2 Font3 Font4

Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçuk seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar aparırdı.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Röyters” agentliyi yazıb.

Agentlik Medvedçukun məhz kimlə danışıqlar apardığını dəqiqləşdirməyib.

“Ukrayna seçimi” cəmiyyətinin lideri və Minsk prosesində Ukraynanın nümayəndəsi Medvedçuk özü isə iddianı təkzib edib.

“Mən Trampın yaxın ətrafından kimləsə tanış deyiləm. Buna görə də belə danışıqların aparılması mümkün deyil”, – Medvedçuk cavab verib.

“Röyters”in məlumatına görə, Donald Trampın qərargahı ilə Rusiyanın əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosu (FTB) və Konqresin üzvlərinin məlumatına görə, 18 daha əvvəl aparılan danışıqlar aşkar edilib. Aparılan söhbətlərdən altısını Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak, bir hissəsini isə Medvedçuk aparıb.

Danışıqların digər iştirakçılarının adları məxfiləşdirilib, amma onların adları daha sonra açıla bilər.

Mənbələrin sözlərinə görə, bu informasiyanın açılması Tramp və onun köməkçilərinə təzyiqi gücləndirə bilər.

Daha əvvəl ABŞ-ın “Financial Times” nəşri Viktor Medvedçuk barədə məqalə dərc edib. Nəşr qeyd edir ki, 62 yaşlı Medvedçuk uzun müddətdir Ukraynada sirli adam hesab olunur. Nəşr vurğulayıb ki, çoxları onun Rusiya prezidenti Vladirmir Putinin agenti olmasından şübhələnir.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə