Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Almaniya Türkiyəyə qarşı ABŞ-dan dəstək istədi
Almaniya Türkiyəyə qarşı ABŞ-dan dəstək istədi
18 May 2017 / 11:05 / Baxış sayı: 132
Font1 Font2 Font3 Font4

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel ABŞ dövlət katibi Reks Tillersondan İncirlik hərbi hava bazasında Türkiyə ilə mübahisədə dəstək istəyib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

“Biz Türkiyə ilə danışıqlarda amerikalılardan yenidən dəstək xahiş etdik. NATO üzrə partnyorların bir-birinə təzyiq göstərməsi ağlasığmazdır”, – Almaniya xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə İncirlik bazasına alman deputatlar qrupunu buraxmayıb. Alman deputatlar ölkələrindən olan hərbçiləri ziyarət etməyi planlaşdırırdılar. Almaniya kansleri Angela Merkel bildirib ki, Berlin alman hərbi kontingentinin İncirlik bazasından qonşu ölkələrə yerdəyişməsinin alternativlərini axtarmağa davam edəcək. O, alternativlərdən birinin İordaniya olduğunu vurğulayıb.

Türkiyə Yaxın Şərqdə NATO-nun əsas üzv ölkəsidir. İncirlik təyyarə bazası isə regionda ABŞ və NATO-nun əsas bazalarından biridir. Açıq mənbələrdə olan məlumata görə, bazada nüvə silahı saxlanılır. İncirlikdə İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın ölkələrinin təyyarələri yerləşir.

Alman hərbi mütəxəssisləri isə NATO-nun AWACS radiolokasiya kəşfiyyat təyyarələrinin ekipajlarının formalaşmasına cəlb edilib. Berlin həmçinin 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi ilə dəstək göstərir. “Tornado”ların Suriyanın hava məkanında kəşfiyyat missiyaları demək olar ki, gündəlikdir.

Almaniyanın Fəthullahçı Terror Təşkilatının (FETÖ) əsas sığınacaqlarından birinə çevrilməsi və Ankaranın terror təşkilatı hesab etdiyi PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) hərbi yardım göstərməsi iki ölkənin münasibətlərində gərginlik yaradıb.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə