Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“NEPTUN” QIYMƏTLƏRI YENIDƏN QALDIRDI – HANSI ƏSASLA
“NEPTUN” QIYMƏTLƏRI YENIDƏN QALDIRDI – HANSI ƏSASLA
17 May 2017 / 22:25 / Baxış sayı: 830
Font1 Font2 Font3 Font4

Son həftələr, hamımızın müşahidə etdiyi kimi, milli valyutamız xarici valyutalar qarşısında möhkəmlənə və sabitliyini qoruya bilir. Təbii olaraq vətəndaşlarımız da bu durum qarşısında marketlərdə od tutub yanan qiymətlərin cuzi də olsa ucuzlaşacağına ümid edirlər.

Belə bir deyim də var: Biri deyir: “Əzrail gəlib, bala paylayır”. Təşviş içində olanlardan bir də cavab verir: “Mənim balama dəyməsin, onun balası mənə lazm deyil”. Tam da bu günkü Azərbaycan reallığı ilə uzlaşan bir məsəldir.

Müraciət edən vətəndaşımızın şikayəti də eyni ilə bu deyimi təsdiq etmiş olur. Vətəndaşımız “Neptun” supermarketlərindən şikayət edir: “Bir neçə aydır ki, “Neptun” marketdən alış-veriş edirəm. Digər marketlətlə heç bir qiymət fərqi də yoxdur. Azərbaycanda dolların dağa dırmandığı vaxt, bu marketdən “Molfix jumbo 5 junior 36″ uşaq bezini 13.65 manata alırdıq. Fikirləşdik ki, son günlər dolların ucuzlaşması qiymətlərə də öz təsirini göstərəcək. Amma qiymətlərin ucuzlaşması bir tərəfə, sözügedən uşaq bezi üstəlik bahalaşıb. Hazırda həmin uşaq bezi nə az-nə çox, düz 15.37 manata müştərilərə təklif edilir. Dərdimizi də kimə dediksə, “Rəhbərliyin qoyduğu qiymətdir” deyib bizi yola verdilər”.

Əməkdaşımız bu şikayətlə bağlı deyilən ünvanda olub. Və məlum olub ki, vətəndaşımız şikayətində haqlıdr. Həqiqətən də bir müddət əvvəl indiki qiymətindən ucuz satılan “Molfix jumbo 5 junior 36″ uşaq bezi, elə şikayətçinin dediyi kimi 15.37 manata satılır. Haqlı olaraq sual yaranır: Ölkə rəhbərliyinin suni qiymət artımının qarşısı alınmalıdır tələbi bu market üçün keçərli deyilmi?! \AzPolitika.info\

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə