Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubada sel yolları dağıdıb, evləri su basıb – FOTO
Qubada sel yolları dağıdıb, evləri su basıb – FOTO
17 May 2017 / 14:23 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Quba rayonunda bir neçə gündür yağan aramsız yağışlar bəzi fəsadlar törədib. Rayonun kənd yolları sıradan çıxıb, evlər suyun altında qalıb.

Rayon sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, ən çox yağıntı dağ kəndi olan Təngaltına düşüb. Sakinlər bildirirlər ki, bütün əşyaları suyun altında qalıb.

“Kəndin içərisindən keçən asfalt yolla getmək mümkün deyil. Maşınlar suyun içərisi ilə hərəkət edirlər, piyada heç cür keçə bilmirik. Evləri su basıb, səhərə kimi evə dolan suyu təmizləməklə məşğul olmuşuq. Bütün əşyalarımız suyun içindədir, elektrik avadanlıqlarımız sıradan çıxıb”, – deyə Təngaltı kəndində yaşayan sakinlər bildirirlər.

Bundan başqa Rustov, Qam-qam, Səbətlər kəndlərində də yağıntının miqdarı normadan artıq olub. Kəndlərdə çaylar daşıb, bəzi təsərrüfatlar suyun altında qalıb.

Virtualaz.org hadisə ilə bağlı Quba RİH başçısının birinci müavini Yusif Abidovla əlaqə saxlayıb. İcra Hakimiyyəti rəsmisi rayonda leysan yağmadığını və yağışla bağlı hər hansı ciddi fəsad olmadığını bildirib: “Yağış həmişə yağır, heç yerdə su basma yoxdur. Ola bilər ki, kiminsə arxı daşıb, o da arxın qabağını açsın. Güclü leysan yağmağıb, heç bir fəsadı yoxdur. Bəzi vətəndaşlar görürlər ki, təbii fəlakətlər zamanı ev tikirlər, dövlət tərəfindən kömək olunur, onlar da belə hadisələri şişirdirlər. Bizə elə bir məlumat daxil olmayıb, hər şey qaydasındadır”, – deyə Y. Abidov bildirib.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə