Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zakir Qaralov Göygöldə vətəndaşları qəbul edəcək
Zakir Qaralov Göygöldə vətəndaşları qəbul edəcək
17 May 2017 / 11:15 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov mayın 26-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək. 

Bu barədə “Bizimxeber”ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Saat 10:00-da Göygöl rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Gəncə şəhəri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Göygöl şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması [email protected]ov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə