Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tiflisin işıqsız qalmasının səbəbi bilindi – YENİLƏNİR
Tiflisin işıqsız qalmasının səbəbi bilindi – YENİLƏNİR
16 May 2017 / 17:58 / Baxış sayı: 398
Font1 Font2 Font3 Font4

Tiflis və Rustavi şəhərlərinin elektrik enerji ilə təchizatı tezliklə bərpa olunacaq.

APA-nın məlumatına görə, bu barədə “İnfo Rustavi” agentliyinə “Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Tiflis və Rustavi şəhərlərinin işıqsız qalmasına səbəb Ermənistana gedən yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq olub.

Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.

***

Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb. Paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb. 

Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb. “Elektrik sistemləri” Dövlət Xidmətindən “İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.

Elektrik enerjisi təchizatının nə vaxt bərpa olunacağı bəlli deyil.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə