Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Musiqili Teatrda bu həftə 7 tamaşa olacaq
Musiqili Teatrda bu həftə 7 tamaşa olacaq
16 May 2017 / 16:51 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Bu həftə Azərbaycan Dövlət Musiqili Teatrında 7 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edir. Teatrın İslamiadanın ikinci həftəsi üçün olan repertuarı da maraqlı tamaşalarla zəngindir. Belə ki, 16, 17, 19, 20, 21 may tarixlərində saat 12.00 və 19.00-da “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Silva” (İ. Kalman), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Düyməcik” (H.K. Andersen) və “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Firuz Məmmədov, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Marina Litvinenko, Nadir Xasıyev, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Rauf Babayev, Gültac Əlili, Səməd Xasıyev, Aydan Həsənova, Ruslan Mürsəlov, Şaban Cəfərov, Güldanə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Pərviz Məmmədov, İbrahim Əlizadə, Eleanora Mehdiyeva, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş qonaqlar – azarkeşlər, turistlər, yarış iştirakçıları Ü. Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, O. Kazimi və R. Heydərin “Qızıl toy” tamaşalarını ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 may tarixində saat 19.00-da İ. Kalmanın “Silva” operettası böyüklər, 21 may tarixində saat 12.00-da H.K. Anderseninn “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ə. Səmədlinin “Meşə çaqqalsız olmaz” əsəri 20 may tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə