Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sarkisyan Qarabağa gələn kimi vurulmalıdır” – Hərbi ekspert
“Sarkisyan Qarabağa gələn kimi vurulmalıdır” – Hərbi ekspert
16 May 2017 / 15:40 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4

“Cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksinin məhv edilməsini Azərbaycan Ordusu davam etdirməlidir.

Hətta təklif və təkid edirəm ki, Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Ermənistanın cinayətkar prezidenti öz dəstəsilə Xankəndi aeroportuna və ya Füzuli-Xocavənd istiqamətinə gələndə məhv edilsin”. Bunu İstiPress-ə müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ermənilərin zenit-raket kompleksinin məhv edilməsinə və qarşı tərəfin hansı addımlar atacağına rəy bildirən polkovnik bildirib ki, Azərbaycan heç nədən qorxmamalı və çəkinməməlidir. “Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, Ermənistan beynəlxalq hüquq normalarına hörmətlə yanaşmırsa, niyə onların boşboğazlıq etməyini gözləməliyik. Zenit-raket kompleksi Azərbaycan qoşunlarının düz yaxınlığına gətirilmişdi. Onu elə-belə gətirməyiblər ki. Ordumuzun hərəkətlərini izləmək, pilotsuz uçan aparatlarımıza mane olmaq istəyirdilər. Silahlı Qüvvələrimiz də onları məhv etdi. Ən maraqlısı isə Ermənistan tərəfinin açıqlaması oldu. Düşmənin Müdafiə Nazirliyi bəyan etdi ki, ZRK-da heç kim olmayıb. Onlar, deyəsən, o qədər “savadlanıblar” ki, PUA ilə ZRK-nı səhv salırlar. Yəqin, həmin kompleksi ora gətirmişdilər ki, şəxsi heyət darıxmasın”, – Üzeyir Cəfərov vurğuladı.

Ermənilərin hədə-qorxusuna gəlincə, hərbi ekspert bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri düşməni yerində oturtmaq üçün həmlə gözləyir.

“Heç nədən narahat olmağa dəyməz. Biz bunu çoxdan arzulayırıq ki, düşmən başından böyük qələt eləsin. Azərbaycan hərbçilərinə və ya texnikasına qarşı hər hansı bir hərəkət olarsa, bu, Ermənistanın özünə qəsd etməsinə bərabər bir addım olacaq”, – deyə Üzeyir Cəfərov bildirdi.

Xatırladaq ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. 

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə