Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maşallah Əhmədova 3 gün vaxt verildi
Maşallah Əhmədova 3 gün vaxt verildi
16 May 2017 / 12:37 / Baxış sayı: 98
Font1 Font2 Font3 Font4

Dələduzluqda  təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Bizimxeber”in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədova vaxt verilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxsə dəymiş ziyanı ödəmək üçün 3 gün vaxt verilir: “Sonuncu dəfə vaxt verilir. Çalışın, danışın razılığa gəlin, barışıq olsun”.

Zərərçəkmiş Yusif Əzizov da dəymiş ziyanın ödənilməsini istəyib: “Ziyan ödənilsə, barışıq əldə oluna bilər”.

Proses mayın 19-da davam edəcək.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə