Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“O həmişə öz tərəfsizliyini nümayiş etdirməlidir” – Oqtay Əsədov
“O həmişə öz tərəfsizliyini nümayiş etdirməlidir” – Oqtay Əsədov
16 May 2017 / 12:33 / Baxış sayı: 172
Font1 Font2 Font3 Font4

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

“Bizimxeber” xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın həmişə qonşu dövlətlərə münasibəti yaxşı olub: “Ancaq Rusiyanın bəzi dövlət məmurları öz şəxsi maraqlarını ümumdövlət maraqlarından üstün tutur. Bu da münasibətlərə zərər vurur. Azərbaycanda rusdilli məktəblər, bağçalar var. Biz öz neytrallığımızı qoruyub saxlayırıq. Ancaq bununla yanaşı biz bunun qarşılığını görmürük. Sanki Rusiya bütün işlərini görüb başa çatdırıb, qalmışdı bir Azərbaycanla bağlı məsələ.

Mən komitə sədri olaraq Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının  qanunauyğun fəaliyyət göstərməsi ilə bağlı hesabat vermələri üçün aidiyyatı qurumlara müraciət edəcəm. Bu ictimaiyyəti narahat edən məsələdir. Rusiya dövlət başçısının da bu məsələyə münasibəti olmalıdır”.

Spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycan  bütün beynəlxalq təşkilatlarda Rusiyanı həmişə dəstəkləyib: “Elə bil QHT tapa bilməzsən ki, onun sənədlərində nöqsan olmasın. Rusiya həm də Minsk qrupunun üzvüdür. O həmişə öz tərəfsizliyini nümayiş etdirməlidir. Ancaq təəssüf ki, etdirmir”.

Deputat Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu məsələ cəmiyyətdə xoşagəlməz reaksiya doğurub: “Azərbaycanda Rusiyaya qarşı münasibət həmişə yaxşı olub. Düzdür, Rusiya böyük dövlətdir. Amma bu o demək deyil ki, onun qüvvələri bizi ayaqlayıb getməlidir”.

Deputat Zahid Oruc qeyd edib ki, ağılnan Rusiyanı dərk etmək mümkün deyil: “Bu ermənilərin Rusiya dövləti üzərində qələbəsi sayılır. Mən başa düşnmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi mümkün olmayacaq”.
Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə