Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan Beynəlxalq Bankının reytinqləri aşağı salındı
Azərbaycan Beynəlxalq Bankının reytinqləri aşağı salındı
15 May 2017 / 22:10 / Baxış sayı: 554
Font1 Font2 Font3 Font4

Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesinin növbəti mərhələsində Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra Fitch və Moodys beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb.

Bankdan “Bizimxeber”ə  verilən məlumata görə, Fitch bankın reytinqini ССС səviyyəsində elan edib. Moodys isə Banka Caa3 reytinqini verib.

Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib: “Bu normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır”.

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. Bu planın həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti və gəlirliliyi güclənəcək. Tədbirlər başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. Nəticədə ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bütün bunları nəzərə alaraq, restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksələcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı sabah Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun geniş müsahibəsi yayılacaq.

Bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə