Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstan Müsəlmanları Birliyi Batumi meriyasını məhkəməyə verəcək
Gürcüstan Müsəlmanları Birliyi Batumi meriyasını məhkəməyə verəcək
15 May 2017 / 22:03 / Baxış sayı: 258
Font1 Font2 Font3 Font4

“Batumi şəhər meriyasının müsəlmanlara məscid tikmək üçün icazə verməməsi qanuna ziddir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər mayın 15-də Tbilisidə Gürcüstanın Ombudsmanı yanında Dini Şuranın təşəbbüsü ilə bu ölkədə yaşayan etnik azlıqların dini məsələlərlə bağlı problemlərinə həsr olunmuş konfransda səslənib.

Ombudsman Uça Nanuaşvili tədbiri açaraq bildirib ki, hər bir insan dinindən, dilindən və milliyətindən asılı olmayaraq bərabər hüquqlara malikdir. Onların hüquqları qanunla qorunur. Gürcüstan qanunvericiliyində insanların bütün hüquqları, o cümlədən də dini əqidə azadlıqları toxunulmazdır. Lakin, bəzi hallarda onların bu hüquqları pozulur. Tədbirin əsas məqsədi həmin məsələləri müzakirə etmək və problemlərin həlli yollarını tapmaqdır.

Konfransda xristian, islam və digər dini icmaların nümayəndələri üzləşdikləri problemlərdən danışıb, təkliflər irəli sürüblər. Batumi şəhər merinin müsəlmanlara məscid tikmək üçün icazə verməməsi məsələsi də diqqət mərkəzində olub. Meriyanın bu addımının ümumilikdə Gürcüstanın demokratik imicinə zərbə vurduğu qeyd olunub. Dini icmalar, eləcə də, dövlətlə dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi üçün birgə konfransların, görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Gürcüstan Müsəlmanları Birliyinin nümayəndələri Batumi şəhər merinin qərarından məhkəməyə müraciət olunacağını bildiriblər.

Dini Şura bu məsələni diqqətdə saxladığını bildirib.

Gürcüstan Müsəlmanları Birliyinin sədri Tariyel Nakaidze “Report”a müsahibəsində deyib ki, Batumidə məscid tikintisi üçün nəzərdə tutulmuş ərazi müsəlman icması tərəfindən alınıb. Ərazidə kilsə və digər ictimai, dini abidələr var:

“Həmin ərazidə məscidin tikintisinə icazənin verilməməsi yalnız siyasi xarakter daşıyır. Ona görə də biz məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanıb və yaxın günlərdə məhkəməyə ərizə təqdim olunacaq”.

Dini məsələlər üzrə araşdırmaçı Beka Mindiaşvili isə bildirib ki, Batumi şəhər meriyasının müsəlmanlara məscid tikintisinə icazə verməməsi bütün qanunlara ziddir:

“Dini Şura da bu fikirdədir. Hesab edirik ki, Gürcüstan Müsəlmanları Birliyi məhkəməyə müraciət etməkdi haqlıdır”.

Bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə