Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda bəzi ev heyvanlarının qiymətləri – VİDEO
Bakıda bəzi ev heyvanlarının qiymətləri – VİDEO
15 May 2017 / 17:23 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

Bir qisim insan evini, həyətini qorumaq üçün, bəziləri isə sırf bəzək kimi görüntüsü olsun deyə yüzlərlə manatından keçib it alır. Pişiklərin qiyməti isə bazarda hazırda 50-700 manat arasında dəyişir. 

İtlərin qiyməti 100-150 manatdan başlayır, hətta qiyməti 3 min manata olanı da var. Hətta it satanlar arasında peşəkar olaraq daim onları yetişdirməklə məşğul olan kinoloqlara da rast gəlmək olar. Ən bahalı itlər isə bəzək üçün saxlanılanlardır.

Ən baha qiymətə olan alman şpitsi adlı itdir. Bu itin qiyməti 1500-3000 manat arasında dəyişir. Bu iti daha çox qadınlar alır və bəzək üçün özləri ilə gəzdirirlər. Bazarda pişiklər də satılır. Onların qiyməti isə 50 manatla 700 manat arasındadır.

Satıcılar bildirir ki, hazırda pişiklər artım mövsümündə olduqlarından onlara tələbat o qədər çox deyil. İsti havalarda daha çox satılan isə itlərdir. Mövzu ilə bağlı videomaterialı təqdim edir.

Bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə