Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabiq tələbənin ərizəsinə SDU-dan aydınlıq gəldi
Sabiq tələbənin ərizəsinə SDU-dan aydınlıq gəldi
15 May 2017 / 15:37 / Baxış sayı: 292
Font1 Font2 Font3 Font4

 

Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin IV kurs, 869 saylı qrupunun sabiq tələbəsi Şirinov Şahmar Rəsul oğlunun şikayət məktubuna universitetdən cavab verilib. 

Bizimxeber.az-a daxil olan məlumata görə, Şirinov Şahmar 2013-cü ildə 271 balla Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına “Tarix və coğrafiya müəllimliyi” ixtisasının əyani şöbəsinə daxil olmuş, 2 il həmin filialda təhsil almışdır. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilmişdir.

Filialın tələbələrinin şəxsi işlərini qəbul edən zaman Şirinov Şahmar Rəsul oğlunun şəxsi işində hər il 1300 AZN təhsil haqqı ödəməli olduğunu göstərən onunla bağlanmış müqavilə, eyni zamanda həmin filialın baş mühasibinin imzası ilə tələbə Şirinov Şahmar Rəsul oğlunun 2300manat təhsil haqqı borcunun olması barədə də sənəd var.

Məlumat üçün bildirək ki, həmin vaxt tək Şirinov Şahmar Rəsul oğlu deyil, bir neçə tələbənin təhsil haqqı borcu olmuşdur. Həmin tələbələr I-II kursdan borcu qalmış təhsil haqqını sonrakı təhsil illəri ərzində ödəmişlər. Şirinov Şahmarın təhsil haqqını dəfələrlə (2 ilə yaxın bir müddət ərzində) ödəməsi barədə ona məlumat verdikdə, o I-II kurslarda təhsil haqqından azad olmasını bildirib. Lakin Şirinov Şahmarın təhsil haqqından azad olunması haqqında heç bir rəsmi sənəd yoxdur.

Qeyd edək ki, tələbənin valideyini universitetə dəvət olunmuş, fakültə dekanı, Tədris metodik mərkəzin direktoru ilə görüşmüşdür. Valideyininə görüş zamanı bildirilmişdir ki, IV kursda oxuyan tələbənin universiteti bitirə bilməsi üçün təhsil haqqı borcu qalmamalıdır. Onlara təhsil haqqını ödəmək üçün kifayət qədər möhlət verilmişdir. Lakin valideyn isə bildirmişdir ki, təhsil haqqını ödəyə bilməyəcəkdir.

Əziz KİV nümayəndələri!

Sumqayıt Dövlət Universitetinin sabiq tələbəsi Şirinov Şahmar Rəsul oğlunun təhsil haqqını ödədiyi halda universitetdən xaric edilməsi haqqında şikayət məktubunun heç bir əsası yoxdur. Xahiş edirəm gələcəkdə bu məzmunda şikayət məktublarını sayta yerləşdirməmişdən öncə bizimlə əlaqə saxlayasınız, belə olan halda sizin saytınız həqiqəti daha aydın əks etdirər.

Digər saytlar da sizə əsaslanaraq dürüst məlumatı yayarlar. Əminəm ki, siz tələbənin haqqını müdafiə etmək məqsədi ilə yazını dərc etmisiniz. Mətbuat cəmiyyətin aynasıdır. Çalışaq ki, aynada əksimizi dürüst görək. O zaman haqq-ədalət yerində bərqərar olar.

Məlumatda bildirilir ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə rektor təyin olunduqdan bugünədək SDU-nun inkişafı istiqamətində böyük layihələrə imza atır, professor-müəllim və tələbə heyəti ilə mütəmadi görüşür, onların maddi və mənəvi problemləri ilə maraqlanır və öz dəstəyini göstərir.

Nigar
Bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə