Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kiflənmiş kolbasalar zərərsizləşdirildi – BAKIDA
Kiflənmiş kolbasalar zərərsizləşdirildi – BAKIDA
15 May 2017 / 11:35 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4
Xəbər verdiyimiz kimi, mayın 5-də alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kalbasa məhsullarının satışı anbarına baxış keçirilibr.

Baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilməyən, qeyri-qanuni, antisanitar şəraitdə, ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitən kalbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunmuşdur. İlkin araşdırma zamanı qarajda yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və ”Xlbmaya” kalbasaları, eləcə də “Sab” və “Ovcu” sosiska nümunələrinin olması müəyyən edilib.

Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kalbasa və sosiska məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilmişdir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan, qaraj şəraitində temperatur rejiminə əməl edilməyən, soyuducu sistemi olmayan, istifadəyə yararlıq müddəti bitən, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan kalbasa və sosis məhsullarının zərərsizləşdirilməsinə qərar verilib.

Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən verilmiş qərara uyğun olaraq, bakterioloji çirklənməyə məruz qalan ümumi çəkisi 100 kq olan kalbasa və sosis məhsulları baytarlıq mütəxəssislərinin nəzarəti altında Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ünvanında yerləşən baytarlıq-sanitariya ekspertiza laboratoriyasının krematoriyasında aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən vətəndaş Həsənov Fuad Alik oğlu Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 289.0.2. maddəsinə uyğun olaraq 200 manat məbləğində cərimə olunub.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə