Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN “yalan detektoru”ndan istifadə edib – Generaldan etiraf
MTN “yalan detektoru”ndan istifadə edib – Generaldan etiraf
15 May 2017 / 11:37 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş MTN-in generallarının qanunsuz əməllərinin araşdırılması ictimaiyyət üçün bir çox maraqlı məqamları üzə çıxarır. 

“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, MTN-ə aparılaraq dindirilən şübhəlilərin bir neçəsi “yalan detektoru”ndan keçirilib.

Belə ki, ifadə verən şəxslərin yalan danışıb-danışmadığı bu aparat vasitəsilə müəyyən olunub. İntihar edən MTN  zabiti Malik Mustafayevin epizodu üzrə dindirilən şahidlərdən biri bunu təsdiq edib.

Uzun müddət MTN-in idarə rəisi olmuş, general-mayor M.Y istintaqa ifadəsində deyib ki,  nazirliyin Situasiya Mərkəzinin rəis müavini, polkovnik Malik Mustafayevin intihar etdiyini iş yoldaşlarından eşidib.

General M.Y bildirib ki, rəhbərlik etdiyi idarədə 2013-cü ildən “yalan detektoru” deyilən poliqraf olub: “Həmin poliqraf bir qayda olaraq MTN-in Anti-Terror Mərkəzi tərəfindən əməliyyat məqsədi ilə istifadə edilib. Poliqrafdan işə qəbul olunan gələcək əməkdaşların psixo-fizioloji testlər keçirmək məqsədi ilə də istifadə edilirdi. Zərurət yarandıqda abituriyentlər seçmə üsulla “yalan detektoru”ndan keçirilirdi.

Poliqrafın istifadəsinin insan səhhəti üçün heç bir təhlükəsi yoxdur. Bu aparat dünya praktikasında qanuni istifadə olunmaqla açıq satışda da var. “Yalan detektoru” insan nəbzi, təzyiqi, nəfəsi və tərləmə dərəcəsinə əsasən şəxsin konkret suallara yalan və ya düzgün cavab verməsini müəyyən edir. Bu səbəbdən də, insanın barmaqlarına, qoluna, qarın və sinə nahiyələrinə xüsusi təyinedicilər qoşulur. Onların isə insan orqanizminə heç bir ziyanı və mənfi təsiri yoxdur. Təyinedicilərdən heç bir elektrik cərəyanı ötürülmür. Poliqrafın istifadəsi zamanı həkim-psixoloqun iştirakı məqsədəmüvafiqdir”.

General etiraf edib ki, ATM-nin rəis müavini, təcridxanada intihar edən polkovnik İlqar Əliyevin xahişi ilə Malik Mustafayevin qardaşı Mətləb Mustafayev üzərində “yalan detektoru”ndan istifadə olunub: “ATM-də poliqrafın istifadəsi üçün ayrıca otaq var idi. Mən ATM əməkdaşları ilə təcridxanada Mətləb Mustafayevin iştirakı ilə aparatdan istifadə etmişəm. Mətləb Mustafayevi tanımamışam, sorğu zamanı yalnız onun mimikası və jestlərinə fikir vermişəm ki, yalan və ya düz danışdığını müəyyən edim. Buna görə də söhbətin məzmununa fikir vermədim. Sadəcə sorğudan əvvəl İlqar Əliyevdən onun nə günahı olduğunu soruşdum, İlqar Əliyev isə üzərindən tapança çıxdığını dedi. Mən “yalan detektoru”nu nə əsasla istifadə edəcəyimi soruşduqda İlqar Əliyev bunu rəhbərliklə razılaşdırdığını dedi”.

İdarə rəisi M.Y qeyd edib ki, M.Mustafayevə fiziki zor tətbiq edilməsi, ona elektrik cərəyanı ilə və sair formada işgəncə verilməsi halları ilə qarşılaşmayıb.

Biizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə