Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlikdən xəbərdarlıq-HAVA İLƏ BAĞLI
Nazirlikdən xəbərdarlıq-HAVA İLƏ BAĞLI
15 May 2017 / 9:14 / Baxış sayı: 976
Font1 Font2 Font3 Font4

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Bizimxeber.az nazirliyə istinadən xəbər verir ki, xəbərdarlıq qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlıdır. Belə ki, mayın 15-i axşamdan 16-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Mayın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə