Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kim Çen Indən -RAKET SINAĞI XƏBƏRDARLIĞI
Kim Çen Indən -RAKET SINAĞI XƏBƏRDARLIĞI
15 May 2017 / 9:08 / Baxış sayı: 142
Font1 Font2 Font3 Font4

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In alimlərə və texnoloqlara raket sahəsində yeni sınaqlara hazır olmaq göstərişi verib.

“Report”un məlumatına görə, bu barədə “TASS” “ÇTAK” agentliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, o, bununla bağlı “Hwasong-12” adlı raketin mayın 14-də keçirilmiş uğurlu sınağından sonra bildirib.

“Birləşmiş Ştatlar və onun vassalları düzgün seçim edənə qədər daha çox dəqiq və diversifikasiya edilmiş nüvə qurğularını, zərbə vasitələrini yaratmaq, həmçinin yeni sınaqlara hazırlaşmaq lazımdır” – deyə ölkə lideri qeyd edib.

KXDR-i güclü hərbi potensiala malik təmkinli nüvə dövləti adlandıran Kim Çeni In vurğulayıb ki, əgər ABŞ xalq respublikası ilə bağlı hərbi təxribatı həyata keçirməyə cəsarət etsə, Pxenyan ona cavab verməyə hazırdır.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası “Yer-yer” tipli orta mənzilli raketi sınaqdan keçirib. “Hwasong-12” adlı raketin sınağının uğurlu olub və o, 787 kilometr uçub. Bu, Şimali Koreyanın üzərində işlədiyi yeni tip raketdir.

Bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə