“Qaynarinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu günlərdə Kiyevdə Sovet inqilabının lideri Lenin son abidəsi də dağıdılıb. “Sevodniya” qəzetinin yaydığı məlumata görə, Kiyevin Qolosiyevski məhəlləsində olan Lenin heykəlinin götürülməsi üçün bir müddət öncə şəhər bələdiyyəsi vəsait ayıraraq işçilərini göndərsə də, onlar heykəli tapa bilmədikləri və saxta sənədlərlə çoxdan götürülməsi barəsində məlumat veriblər.

Aylar sonra heykəlin hələ də yerində qaldığı məlum olub. Amma bələdiyyə bunun üçün yenidən vəsait ayırmaqdan imtina edib. Abidənin yerləşdiyi torpaq sahəsinin sahibi isə öz vəsaiti hesabına heykəli götüzdürüb.

Bizimxeber.az