Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Məhərrəm Zülfüqarlı: …üçüncü qüvvənin rolu var”
“Məhərrəm Zülfüqarlı: …üçüncü qüvvənin rolu var”
14 May 2017 / 15:17 / Baxış sayı: 244
Font1 Font2 Font3 Font4

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırması təəssüf doğurur. Bu barədə Trend-ə açıqlamasında İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib. Onun sözlərinə görə, bu addım nə Azərbaycanın, nə də Rusiyanın xeyirinədir:

“Burada üçüncü qüvvənin rolu var. Amma təəssüf doğuran məsələdir ki, Rusiya tərəfi hələ də bu məsələyə ciddi reaksiya vermir. Azərbaycan-Rusiya münasibətlərinin istiləşməsi erməni diaspor mərkəzlərinin və Qərb dövlətlərinin marağına uyğun deyil.

Ona görə də onlar bütün qüvvələrini bu münasibətlərin korlanmasına səfərbər edirlər. Bəzi ölkələr Rusiyaya embarqo qoyanda Azərbaycan Rusiyanın yanında olub, bu ölkəyə dəstək verib. Buna görə də, ümid edirik ki, Rusiya rəhbərliyi bu məsələyə obyektiv yanaşmalı və həmin qüvvələrin niyyətinin həyata keçirməsinə mane olmalıdır”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə