Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Köhnə sürücülük vəsiqələri də dəyişdiriləcək? – AÇIQLAMA
Köhnə sürücülük vəsiqələri də dəyişdiriləcək? – AÇIQLAMA
12 Yanvar 2017 / 15:07 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4
Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı «Yol hərəkəti haqqında» qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat transmissiyalı  nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər. 
Yeni əlavələrdən sonra vətəndaşlarda olan bütün sürücülük vəsiqəsi dəyişdirilə bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu, hələ ki nəzərdə tutulmur
“Köhnə sürücülük vəsiqələrinin dəyişdirilməsi barədə bir yenilik yoxdur. Yeni sürücülük vəsiqəsi alanlardan kim ki avtomat transmissiyalı avtomobillərdə imtahan verirsə, ona ancaq avtomat transmissiyalı avtomobilləri idarə etmə icazəsi verilir. Bu, sürücülük vəsiqəsində xüsusi qeyddə 2 hərflə qeyd olunur. Qeyd qismində “AT”  hərfləri vurulur. Sürücülük vəsiqəsində bundan başqa heç bir dəyişiklik yoxdur. İndiyə qədər kim mexaniki transmissiyalı sürət qutusu olan avtomobillə imtahan verib sürücülük vəsiqəsi alıbsa, yeni əlavə onlara aid deyil”.
Bizimxeber.az


Şərh əlavə edin










Yuxarı Geri Ana səhifə