Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qafqaz Universitetinin diplomu tanınmayacaq
Qafqaz Universitetinin diplomu tanınmayacaq
12 Yanvar 2017 / 12:34 / Baxış sayı: 774
Font1 Font2 Font3 Font4

Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə (Fətullahçı Terror Örgütü) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

İstiPress “Yeni Şafak”a istinadən xəbər verir ki, bu sırada Avstraliya və Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan, İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan hərəsindən 1 olmaqla universitetlər daxildir.

Загрузка...

Azərbaycandan bu siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə 2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq. Yalnız 2016-2017 tədris ili və bundan sonrakı illər üçün universitetə qəbul olunan tələbələrin diplomları tanınacaq. Yüksək Təhsil Şurası bunu onunla əsaslandırır ki, ötən il Azərbaycan hakimiyyəti FETÖ ilə mübarizə çərçivəsində Qafqaz Universitetinin rektorunu və professor-müəllim heyətini dəyişdirib.

Bizimxeber.az



Şərh əlavə edin










Yuxarı Geri Ana səhifə