Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Heç kimə pulları qaytarmağa söz verməmişəm” – Etibar Əliyev
“Heç kimə pulları qaytarmağa söz verməmişəm” – Etibar Əliyev
12 Yanvar 2017 / 12:23 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş “Texnika Bank” ASC-nin sabiq rəhbəri Etibar Əliyev keçmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərindən biri, Baş İstintaq İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə aparılan istintaqda dindirilib.

Bizimxeber.az xəbər verir ki, qafqazinfo-nun ittiham aktından əldə etdiyi məlumata görə, E.Əliyev yenidən 2008-2012-ci illərdə baş verənlər haqda danışıb və bir çox məsələyə aydınlıq gətirib.

Загрузка...

E.Əliyev öncə özünün bu işlə bağlı başına gələnləri nəql edib:

“1993-cü ildən “Rəşad Bank” ASC-nin idarə heyətinin sədri olmuşam. 1998-ci ildən bankın adı dəyişdirilərək “Texnika Bank” olub. Həmin vaxtdan bankın Müşahidə Şurasının sədri təyin edilmişəm. 2012-ci il martın 6-na kimi həmin vəzifədə işləmişəm. MTN-nin İstintaq Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə banka məxsus pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə tutularaq həbs edildim. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan şərti məhrum edildim. 2015-ci ilin noyabrında yenidən əvvəlki vəzifəmə qaytarıldım. 2016-cı il fevralın 1-də bankın lisenziyası geri çağırıldı, hazırda ləğv olunma mərhələsidir”.

Keçmiş bankir rəhbəri olduğu bankda baş verən qanunsuzluqdan məlumatsız olduğunu deyib:

“Bankın “Bakı” filialının müdiri işləmiş Zal Yusifovun mənim barəmdə verdiyi ifadənin heç bir hüquqi əsası yoxdur. Zal yalnız özünün etdiyi cinayətlərə don geyindirmək, özünü müdafiə etmək məqsədi güdüb.

Belə ki, Zal Yusifov filial müdiri olduğu müddətdə ayrı-ayrı vətəndaşları aldatmağa nail olub. Onlara guya, xaricdən mal-material, tikinri materialları gətirdiyini, buna görə də ona pul lazım olduğunu deyib. Bu yolla vətəndaşları aldadaraq onlardan külli miqdarda pul alıb. Şifahi razılaşmaya əsasən onlara aylıq 10-20 faiz pul verməyi öhdəsinə götürüb. Pullar isə banka mədaxil olunmayıb. Eşitdiyimə görə Zal 2-3 il ərzində bu cür işləyib. Sonradan aldığı vəsaitləri ödəyə bilmədikdə həmin şəxslərin təsiri ilə filialın adından qeydiyyatı olmayan əmanət kitabçası və kassa mədaxil orderləri verib. Bu yolla növbəti dəfə vətəndaşları aldada bilib. Əlsində isə Zal Yusifov aldığı vəsaitləri öz maraqlarına uyğun istifadə edib. Vəsaitlərin bir hissəsini Nizami Kazımov, Hüseyn Səfərov, Namil Rzayev və başqalarına qaytarıb. Faizlərini ala bilməyən digər vətəndaşlar şikayət etdikdə Zal Yusifovun əməllərinin üstü açıldı. Audit yoxlaması zamanı filialın kassasında təmxinən 4 milyon manat çatışmazlıq aşkarlandı. Bu işlərdə Zal Yusifovun ən böyük köməkçisi oğlu olub. Zal özü bankdan götürdüyü pulu yüksək faiz kimi verdiyini etiraf edib.

Vətəndaşlar bankdan pullarını tələb etdikdə bu təxribatən araşdırılması üçün MTN-ə bankın adından rəsmi məktubla müraciət etdik. İstintaq aparıldı və cinayətdə əli olan şəxslərə hökm oxundu. Vətəndaşlardan heç kimə pullarını qaytaracağıma dair söz verməmişəm, şikayət yazmamaqlarını da xahiş etməmişəm. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov məndən pul istəməyiblər”.

Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində V.Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin








Yuxarı Geri Ana səhifə