Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə parlamentində növbəti yumruq davası – FOTO + VIDEO
Türkiyə parlamentində növbəti yumruq davası – FOTO + VIDEO
12 Yanvar 2017 / 12:11 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Türkiyə Böyük Millət Məclisində (parlament) müzakirəyə çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsi yumruq davasına səbəb olub. Konstitusiyanın 5-ci maddəsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu rəhbəri Özgür Özel hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yanlış addım atdığını bildirib.

Ö.Özelin çıxışından sonra CHP-dən olan millət vəkilləri tribunanı dövrəyə alıblar. AKP deputatları isə müxalifləri tribunadan uzaqlaşdırmağa çalışıblar.
Bu vaxt iki partiyanın üzvləri arasında yumruq davası düşüb. Deputatlar arasında xəsarət alanlar da olub.Dava əsnasında tribuna da yerindən çıxıb. Parlament zalının bəzi yerlərinə zərər dəyib. Ara sakitləşəndən sonra təklif səs qoyulub. CHP millət vəkilləri səsverməyə qatılmayıb. 343 deputat lehinə, 7-si isə əleyhinə səs verib.
Bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə