BƏƏ-nin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
BƏƏ-nin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
12 Yanvar 2017 / 11:30 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Загрузка...

Əfqanıstanda Qəndahar qubernatorunun evində Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti ilə keçirilən imzalanma mərasimi zamanı baş verən terror aktı ilə bağlı BƏƏ-nin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, kitab yanvarın 11-də saat 13-dən 17-yə kimi açıq olub, bu gün və sabah isə saat 10-dan 13-ə kimi açıq olacaq.

Xatırladaq ki, yanvarın 10-da  Əfqanıstanın Qəndahar əyaləti qubernatorunun evində Dar Xalifa Bin Zayed Al Nahyan İnstitutunun təməlinin qoyulması və Kardan Universiteti ilə BBƏ arasında təqaüd proqramına dair sazişin imzalanma mərasimi zamanı terror hadisəsi törədilib. Hadisə nəticəsində BƏƏ-dən olan 5 nəfər həlak olub, BƏƏ-nin Əfqanıstandakı səfiri Juma Mohammed Abdulla Al Kaabi yaralanıb. Qəndahar qubernatoru Qamayun Əziz də xəsarət alıb. Ümumilikdə 9 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilir.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə