“Onun arvadı ermənidir…” – Rəşid Mahmudov
“Onun arvadı ermənidir…” – Rəşid Mahmudov
12 Yanvar 2017 / 10:09 / Baxış sayı: 2138
Font1 Font2 Font3 Font4
Загрузка...

Gədəbəydən olan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun Gədəbəylə bağlı irəli sürdüyü iddianın dövlət tərəfindən ciddi araşdırılmalı olduğunu düşünür.

Bizimxeber.az xəbər verir ki, R.Mahmudov Publika.az-a deyib ki, Dövlət Məmmədov bu addımı ilə ermənilərə xidmət etməsini nümayiş etdirib:

“Bu adama sual vermək lazımdır ki, indi Azərbaycanla Ermənistan arasında müharibə şəraiti mövcuddur. Digər tərəfdən isə Ermənistan 25 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Belə bir şəraitdə bu cür yazı nə deməkdir? Məgər bu erməni dəyirmanına su tökmək deyilmi? Hətta, eşitmişəm ki, onun arvadı ermənidir. Gedib araşdırın, həqiqətlər üzə çıxacaq. Onu dərindən yoxlamaq lazımdır. Lap lazımdırsa, ona mənim adımdan da bu sualı verin: Ay Dövlət Məmmədov, müharibə şəraitində tarixçilərin yazmadığı yazıları sənin tapıb yazmaqda məqsədin nədir? Axı sən kimə qulluq edirsən?”

Xatırladaq ki, “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.

O, özünün “facebook” səhifələrindən birində Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:

“İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır…1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, ərazini Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır”.

Bizimxeber.az 



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə