Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəbhədə növbəti TƏXRİBAT
Cəbhədə növbəti TƏXRİBAT
12 Yanvar 2017 / 10:01 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə