“Qorxuram son 9 gündə dünyanı dağıda “
“Qorxuram son 9 gündə dünyanı dağıda “
11 Yanvar 2017 / 18:06 / Baxış sayı: 1314
Font1 Font2 Font3 Font4
Загрузка...

Rusiya Barak Obamanın 9 günlük prezident müddətindən narahatdır.

Bizimxeber.az  xəbər verir ki, Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Barak Obamanın son 9 gün içində edə biləcəklərindən narahat olduğunu dilə gətirib.

Mariya Zaxarova sosial şəbəkədə bu məsələ ilə əlaqədar yazıb: “Hər gün Vaşinqtondan gələn yeni xəbərləri oxuyuram. Rusiyaya qarşı yeni sanksiyalar, Suriyada terrorçulara raketlərin verilməsi, ABŞ xarici işlər nazirliyinin bütün sahələrdə məntiqsiz hərəkətləri. Tanrı dünyanı 7 günə yaradıb. Obamanın dünyanı məhv etmək üçün əlavə iki günü də var”.

Bizimxeber.az 



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə