Aktyor saxta polis vəsiqəsi ilə tutuldu – FOTO
Aktyor saxta polis vəsiqəsi ilə tutuldu – FOTO
11 Yanvar 2017 / 17:52 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Загрузка...

Türkiyənin məşhur teatr aktyoru – 24 yaşlı Onur Yaprakçının üzərində çıxan saxta polis vəsiqəsi və nişanı başına iş açıb.

Milli.Az sözcü-yə istinadən xəbər verir ki, Anadolu Məhkəmə binasına girərkən üzərində olan polis nişanı “X Ray” cihazından keçərkən siqnal verməsi səbəbiylə axtarış aparılıb. Yaprakçının cibindən polis nişanı və arxasına “saxtadır” yazılan polis vəsiqəsi çıxıb. İfadəsi alınan Yaprakçı, dostlar arasında zarafat etmək üçün əldə etdiyi polis vəsiqəsini üzərində daşımaqda heç bir cinayət məqsədinin olmadığını deyib.

Onur Yaprakçı daha sonra ifadəsində “Məhkəmədə olan bir istintaq prosesinə ifadə verəcəyim üçün məhkəməyə gəldim” deyib.

Üzərində olan polis nişanı və vəsiqəsi əlindən alınan Onur Yaprakçının prokurorluqda ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Bizimxeber.az 



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə