Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Jirinovskidən erməni oliqarxın qızı ilə bağlı sərt tələb: “SÜRGÜN OLUNSUN”
Jirinovskidən erməni oliqarxın qızı ilə bağlı sərt tələb: “SÜRGÜN OLUNSUN”
11 Yanvar 2017 / 14:30 / Baxış sayı: 1994
Font1 Font2 Font3 Font4

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski avtoxuliqanların sürgün edilməsini təklif edib.

Bizimxeber.az publika.az-a istinadən xəbər verir ki, siyasətçi Cinayət Məcəlləsinə düzəlişlərin edilməsinin vacib olduğunu deyib.
“Cinayət Məcəlləsinə yeni cəza növü daxil etmək lazımdır. Çar dövründə olduğu kimi sürgün cəzası əlavə edilməlidir. Onlar üçün ən qorxunc cəzanı tətbiq etmək, Moskvadan beş il müddətinə sürgün etmək lazımdır. Orada onlara artıq ata və anaları kömək etməyəcəklər”, – deyə siyasətçi bildirib.

Загрузка...

Beləliklə, Jirinovski “Gelandewagen”lə qalmaqallı küçə yarışlarının iştirakçısı, erməni Mara Baqdasaryan barəsində verilən məhkəmə hökmünü şərh edib. Məhkəmənin qərarı ilə Mara Baqdasaryan Moskvada islahedici işlər görəcək.
Daha əvvəl isə Baqdasaryan 24 günlük inzibati həbsə məhkum edilmişdi. Bundan başqa, 170 min rubldan yuxarı cərimə ödəməyə məcbur edilib.

Qeyd edək ki, Moskvada avtoxuliqan kimi tanınan 23 yaşlı Mara Baqdasaryan ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib. Onun idarə etdiyi BMW X6 avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və “Range Rover”lə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMW-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır. Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib.

Bizimxeber.az

 



Şərh əlavə edin










Yuxarı Geri Ana səhifə