Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” – “Naxolstroy”ların söküntüsü ilə bağlı QAYDALAR
“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” – “Naxolstroy”ların söküntüsü ilə bağlı QAYDALAR
11 Yanvar 2017 / 14:20 / Baxış sayı: 1700
Font1 Font2 Font3 Font4

“Bakıda köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi prosesi artıq başlayıb”.

Bunu BakıPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Bakının daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. Vüqar Bayramovun sözlərinə görə, yeni sistemlə əhaliyə söküləcək binanın yerində tikiləcək binadan mənzil veriləcək: “Bu ildən prosesə start verilib. Nəzərə alsaq ki, Bakının bir sıra mərkəzi rayonlarında, xüsusən də “Sovetski”yə yaxın ərazilərdə sökülən binaların yeni tikilərlə əvəz olunması prosesi artıq başlayıb. Uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Amma bu proses zamanı yanaşma tamam fərqli olacaq. Əgər əvvəllər “Sovetski”də dövlət ərazi torpaqlarını və ya binalarını alırdısa, həmin binaların müqabilində vətəndaşa kompensasiya ödəyirdi. Artıq yeni yanaşmada binaların alınması fonunda kompensasiyanın ödənilməsi yoxdur. Yeni yanaşma həmin ərazidə yeni tikililərin inşa edilməsi və yeni binalarda o ərazidə yaşayan vətəndaşlara mənzillərin təklif edilməsi formasında olacaq”.

Загрузка...

 

İqtisadçı qeyd edib ki, dövlət prosesə özəl sektoru cəlb edəcək: “Bu büdcə vəsaitlərinə qənaət edilməsi deməkdir. Yeni yanaşma imkan verəcək ki, inşaat sektorunu stimullaşdırmaq mümkün olsun. Burda əhəmiyyətli məqam ondan ibarətdir ki, əvvəl kompensasiya məbləği ilə bağlı vətəndaşla dövlət qurumu arasında narazılıq və ya anlaşılmazlıq olurdu. Eləcə də kompensasiya məbləği ilə vətəndaş həmin ərazidə mənzil tapa bilmirdi. Çünki mənzillərin sahələri kiçik idi. İndi isə bu narazılıq olmayacaq. Yeni tikili inşa edildiyi müddətdə həmin binada yaşayanlara şirkət tərəfindən aylıq olaraq kirayə pulu ödəniləcək. Bina inşa edildikdən sonra isə həmin tikilidə təmirli mənzillər köhnə binada yaşayan ailələrin otaqlarının sayına uyğun olaraq verilir. Məsələn, ailənin köhnə binada 3 otaqlı mənzili varsa, yeni tikilidə ona eyni otaqlı mənzil təklif olunur. Bu o baxımdan vacibdir ki, vətəndaş yaşadığı ərazidən uzaqlaşmır, daha böyük sahəli mənzillə təmin olunur”.

Vüqar Bayramov vurğulayıb ki, 2017-2020-ci illərdə şəhərin müxtəlif yerlərində bu prosesdən istifadə olunacaq: “Növbəti illərdə bu proses davam edəcək. Çünki artıq şəhərin mərkəzi deyil, yaxın rayonlarda da bu proses aparılacaq. 2017-ci ildə köhnə binanın yeni tikili ilə əvəz olunması mexanizmi davam etdiriləcək”.

Bizimxeber.az



Şərh əlavə edin










Yuxarı Geri Ana səhifə