Türkiyə dünyada üçüncü hava limanı inşa edəcək
Türkiyə dünyada üçüncü hava limanı inşa edəcək
11 Yanvar 2017 / 22:29 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Загрузка...

Rize – Artvin hava limanı üçün maliyyə təklifləri sabah təqdim olunacaq

Deniz üzərində dolğu üsulu ilə inşa edilən, dünyada üçüncü, Türkiyədə isə ikinci hava limanı olacaq Rize – Artvin hava limanı üçün maliyyə təklifləri sabah təqdim olunacaq. İstipress “Habeer7”saytına istinadən xəbər verir ki,  Rize mərkəzinə 34 Trabzona 105, Artvin sərhəddinə isə 75 kilometr məsafədə yerləşən Yeşilköy və Pazar sahilənə yaxın inşa ediləcək hava limanı 30 metr dərinlikdə  salınacaq.

Maliyyə təklifinə tenderdə iştirak edən 11 firmadan 5- i dəvət edilib. Tenderi qazanan firma razılaşmanı imzaladığı tarixdən etibarən 15 gün içərisində  ərazini təslim alıb işə başlamalıdır. Tenderin şərtlərinə görə hava limanının 1800 gün içərisində tamamlanması gözlənilir. Hava limanı ildə 2 milyon sərnişinə xidmət edəcək.

Bizimxeber.az

Dəniz üzərində salınacaq hava limanı


Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə