Загрузка...
Xəbər lenti


Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk mediası zorlanan azərbaycanlı qadından yazdı
Türk mediası zorlanan azərbaycanlı qadından yazdı
11 Yanvar 2017 / 12:28 / Baxış sayı: 1126
Font1 Font2 Font3 Font4

Türkiyə mediası bir neçə gündür ki, təcavüzə uğrayan Azərbaycan vətəndaşlığı olan qadından yazır.

Söhbət paytaxt Ankarada sürücü tərəfindən zorlanan Azərbaycan vətəndaşı olan S.-dən gedir. Günlərdir Türkiyə mediası bu qadının yaşadığı hadisəni, onun ifadəsini işıqlandırır.

Загрузка...

Hadisəni danışan 37 yaşlı inglis dili müəllimi, 2 uşaq anası S. bildirir ki, sərnişin avtobusuna minərkən sürücüyə “200 metr irəlidə düşəcəm, minə bilərəmmi?” deyib. Razılıq verən sürücü daha sonra avtobusu qadının düşəcəyi yerdə yox, qaranlıq ərazidə saxlayaraq qapını açmayıb və ona “Səni qayıdanda düşürəcəm” deyib.

Qadının sözlərinə görə, daha sonra İbrahim T. Onun boğub və o, huşunu itirdikdən sonra zorlayıb. Hadisənin şokunu yaşayan S. bildirir ki, bütün bunlardan sonra sürücü ondan mobil nömrə istəyərək “Gündüz vaxtı məni görsən tanıyarsanmı? Bu hadisəni kiməsə danışsan səni tapıb yenə zorlayaram, öldürərəm” deyərək hədələyib.

Baş verənlərdən sonra 37 yaşlı S. polisə müraciət edib və İbrahim T. barəsində həbs-qətimkan tədbiri seçilib. O, isə ifadəsində qadının ona onu sevdiyini, əvvəl cinsi əlaqə istədiyini, sonra imtina etdiyini deyib. Sürücü onu da əlavə edib ki, qadın polisə getməsin deyə onun şəklini çəkib.

Sorğu-sual zamanı o da məlum olub ki, İbrahim T. qadına həm təcavüz edib, həm də onun üzüyünü oğurlayıb. Hazırda 37 yaşlı T. psixoloji dəstək alır və sürücünün ən ağır cəza almasını istəyir. (qafqazinfo)

Bizimxeber.az



Şərh əlavə edin








Yuxarı Geri Ana səhifə