Elman Rüstəmov bank rəhbərlərini toplayır
Elman Rüstəmov bank rəhbərlərini toplayır
11 Yanvar 2017 / 11:25 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4
Загрузка...

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün bank rəhbərləri ilə görüşəcək.

Fins.az xəbər verir ki, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən bütün banklara müraciət olunub.

Banklar tədbirdə İdarə Heyətinin sədri və Xəzinədarlıq departamentinin direktorları səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, görüşdə bank sektorunda vəziyyətlə bağlı cari məsələlər və Strateji Yol Xəritəsi və Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş “2017-ci üzrə maliyyə sabitliyinin təmin edilməsi dair planla” bağlı müzakirələr aparılacaq.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə