Səngəçalda partlayan qaz kəməri təmir olunur
Səngəçalda partlayan qaz kəməri təmir olunur
11 Yanvar 2017 / 11:06 / Baxış sayı: 590
Font1 Font2 Font3 Font4
Загрузка...

Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə