Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehman Hüseynov 200 manat cərimə edilib – YENİLƏNİB
Mehman Hüseynov 200 manat cərimə edilib – YENİLƏNİB
10 Yanvar 2017 / 16:36 / Baxış sayı: 1568
Font1 Font2 Font3 Font4

Jurnalist, bloger Mehman Hüseynovun məhkəməsi keçirilib. Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən Mehman Hüseynov 200 manat cərimə edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bloger Mehman Hüseynova İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni əmrinə tabe olmamaq) ittihamı verilib.

Загрузка...

***
12:28

Mehman Hüseynovun niyə saxlanılmasının təfərrüatı məlum olub. M.Hüseynov Bakının “Torqovıy” adlanan ərazisində iş axtaran bir şəxsin şikayəti əsasında saxlanılıb.

Polisin ittiham aktında bildirilib ki, həmin şəxs Mehman Hüseynovun onu çiyni ilə vurduğu barədə polisə müraciət edib. Polis həmin an M.Hüseynovu çağırıb, Mehman isə polisin əmrini yerinə yetirməyib.  Qeyd edək ki, bloqçuya verilən ittihamla o ya 200 AZN məbləğində cərimə edilməli və ya 1 aya qədər inzibati həbslə cəzalandırılmalıdır.

**11:58

Jurnalist, bloger Mehman Hüseynova polisin qanuni əmrinə tabe olmamaq ittihamı verilib. Lent.az-a bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib  ki, blogerə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilib. Hazırda o, Nəsimi rayon Məhkəməsindədir. **

11:32

Sosial şəbəkə fəalı Mehman Hüseynov saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Mehman Hüseynov Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Polisdən dedilər ki, Mehmanı Nəsimi Rayon Məhkəməsinə aparıblar”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə